Kateqoriyasız

“Qarabağ”ın rəqibi dəyişdi

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın yoxlama görüşü keçirəcəyi rəqiblərindən biri dəyişib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi yanvarın 16-da Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşmalı idi.

Lakin Qurban Qurbanovun komandası həmin gün “Traktor Sazi” ilə yox, Almaniyanın regional liqa təmsilçisi “Rot-Vays” klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Qarabağ”ın digər yoxlama oyunlarının da vaxtı müəyyələşib.

20 yanvar

17:30. “Diosqior” (Macarıstan)

23 yanvar

17:30. “Admira Vaker” (Avstriya)

23 yanvar

19:30.  “Yaqelloniya” (Polşa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43