Ölkə futbolu

“Qarabağ”ın rəqibi heyətini açıqladı

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Qöteborq” Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri oyunlar üçün iştirak ərizəsini açıqlayıb. 

 

İdmanxeber.com-un məlumatına görə, isveçlilərin baş məşqçisi Yorgen Lennartson heyətə 30 futbolçunun adını daxil edib:

 

Qapıçılar: Con Alvboqe, Pontus Dalberq, Erik Dalin, Tom Amos;

 

Müdafiəçilər: Emil Saolomnsson, Sebastyan Erikson, Yalmar Yonsson, Benjamin Zalo, Adam Yohansson, Tom Pettersson, Billi Nordstrem, Tomas Roqne, Mattias Byarsmyur, Aleksandr Leksell, Auqust Erlinqmark;

 

Yarımmüdafiəçilər: Mads Albek, Seren Riks, Yakob Ankersen, Martin Smedberq, Prosper Kasim, Louson Sabah, Riçard Sindrik, Ronni Mleçkoviç, Andreas Ehman;

 

Hücumçular: Tobias Hyusen, Elias Mar Omarsson, Mikael Boman, Qustav Enqvall, Patrik Karlsson-Laqemyur, İbrahim Ba.


“Qarabağ”la “Göteborq” arasındakı ilk oyun avqustun 18-də “Qamla Ullevi” arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43