İdman

“Qarabağ”ın rəqibi itki ilə üzləşdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Slovan” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un Çexiya mətbuatına istinadən məlumatına görə, komandanın kapitanı Lukaş Pokorni dizindən zədələnib.

“Viktoriya” ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Çexiya millisinin üzvü sentybarın 15-də “Qarabağ”la keçiriləcək oyunda  komandasına kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43