İdman

“Qarabağ”ın rəqibində ciddi itkilər var

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Fiorentina” heyətlə bağlı problemlərlə üzləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “bənövşəyilər”in 3 oyunçusu zədədən əziyyət çəkir.

 

Bunlar rumıniyalı qapıçı Çiprian Tataruşanu, uruqvaylı yarımmüdafiəçi Matias Vesino və kolumbiyalı orta sahə oyunçusu Karlos Sançesdi. İlk iki oyunçu məhz zədə ucbatından yığma komandasının heyətindən kənarda qalıb. Sançesin durumuna isə millinin həkimləri bu gün baxacaq.

 

Qeyd edək ki, “Fiorentina” Avropa Liqasının J qrupunda “Qarabağ”, “Slovan” və PAOK-la mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43