Dünya futbolu

“Qarabağ”ın rəqibində yeni hücumçu

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Samtredia” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, son ölkə çempionu  Kutaisi “Torpedo”sunun hücumçusu Nika Sabanadzeni transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43