Dünyadan

“Qarabağ”ın rəqibini “Ayaks”ın baş məşqçisi çalışdıra bilər

İtaliyanın “İnter” klubu baş məşqçi axtarışlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, son zamanlar uğursuz çıxışı ilə yadda qalan “İnter”də baş məşqçi axtarışları davam edir. Klub prezdenti Erik Tohar bu uğursuzluğu  “Ayaks” klubunun baş məşqçisi Frank de Burla aradan qaldırmaq niyyətindədir. De Burun “Ayaks”la hələ 3 il müqaviləsi olmasına baxmayaraq Tohar çalışdırıcını Milana gətirməkdə israrlıdır.

Qeyd edək ki, “İnter” Avropa Liqasında təmsilçimiz “Qarabağ”la eyni qrupda mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43