Ölkə futbolu

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

“Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Göteborq” komandası ilə qarşılaşacaq.

İdmanxeber.com rəqib haqda ətraflı məlumatı təqdim edirik:

“Göteborq” İsveçin eyni adlı şəhərini təmsil edir. Klub 1904-cü ildə yaradılmışdır. Komandanın rəngləri mavi və ağdır. “Göteborq” ev oyunlarını 18.416 nəfərlik “Gamla Ullevi” stadionunda keçirir.

“Göteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə “Allsvensken” liqasının qalibi olub. Rəqibimiz 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibi olub. Ötən mövsümü rəqibimiz ikinci pillədə başa vurub. Bu mövsüm isə 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Avropa Liqasına ilk mərhələdə "Göteborq" Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 2:1 hesabıyla məğlub olan rəqibimiz səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.

Komandanın hazırki heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43