İdman

“Qarabağ”ın rəqibinin baş məşqçisi dediyini etdi !

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina” baş məşqçisiz qalıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, İtaliya təmsilçisi Paulo Souza ilə yollarını ayırıb.

 

Potuqaliyalı mütəxəssis dünən klubdan ayrılacağını açıqlamışdı. O, rəhbərliyin transfer siyasətindən narazılığını dilə gətirmişdi. “Bənövşəyilər” isə rəsmi saytları vasitəsilə Paulo Souzanın istefasının qəbul olunduğunu bəyan edib.

 

Qeyd edək ki, Paulo Souzanın Portuqaliya klublarından birinin “sükanı arxası”na keçməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43