İdman

“Qarabağ”ın “Roma” matçı öncəsi son məşqinin və Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Çempionlar Liqasının qrup mərhələsinin ikinci oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Roma” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, sentyabrın 26-da “Azərsun Arena”nın mətbuat zalında ağdamlıların baş mqəçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klub bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 
“Roma”nın baş məşqçisi isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
 
Klub tərəfindən ayrılmış avtobus media mənsublarını “Azərsun Arena”dan Bakı Olimpiya stadionuna aparacaqdır.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43