31 Yanvar 2023
Kateqoriyasız

“Qarabağ”ın səhvlərindən istifadə edəcəyik” – “Sürix”in futbolçusu

“Qarabağ”ın matçlarını izləmişik, topla oynamağı sevirlər”

İdmanxeber.az-ın məlumatına görə,  bu sözləri “Sürix” komandasının futbolçusu Mirlind Kryeziu Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, daha sonra belə davam edib: “Bu komandanın hücum potensialına bələdik. Topsuz da pressinq etməyi bacarırlar. Ancaq biz eyni zamanda “Qarabağ”ın səhvlərini də görmüşük. Çalışıb onlardan istifadə edəcəyik”.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

İcra başçısı “Kəpəz” rəhbərliyi ilə görüşdü

admin

“Atalanta” və “Leypsiq” 1/4 finala yaxınlaşdı

admin

Braziliyalı futbolçu “Qarabağ”da qala bilər

admin