Dünyadan

“Qarabağ”ın sabiq futbolçusu Çinə yollanır

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi və hazırda Türkiyənin “Göztəpə” klubunda çıxış edən Leroy Corc karyerasını Çində davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Super Liqada klubu olan “Şanxay Şenhua” 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Çin klubu “Göztəpə”yə rəsmi təklif də göndərilib.

Tərəflər razılığa gəlsə, Leroy karyerasını Çində davam etdirəcək.

Qeyd edək ki, “Şanxay Şenhua”da Karlos Teves, Demba Ba, Obafemi Martins və Quarin kimi futbolçular çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43