Dünyadan

“Qarabağ”ın sabiq futbolçusu “Estadio da Draqao”da şou göstərdi, “Porto” qalib gəldi (VİDEO)

Futbol üzrə Portuqaliya çempionatının 26-cı turu çərçivəsində “Porto” öz meydanında “Qarabağ”ın sabiq futbolçusu Danilo Diasın şərəfini qoruduğu “Uniao da Madeyra” klubu ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, 5 qolun vurulduğu oyunda “əjdahalar” 3:2 hesabı ilə qalib gəlib.

Ağdam klubunun sabiq forvardı Danilo Dias “Porto” səfərində komandasına xal qazandıra bilərdi. Belə ki, hesab 2:0 meydan sahiblərinin xeyrinə olarkən oyunun 55-ci dəqiqəsində Migel Kardozonun əvəzinə meydana çıxan forvard 5 dəqiqə ərzində dubl edib. O, matçın 62-ci və 67-ci dəqiqələrində fərqlənməklə hesabı 2:2-yə çatdırıb. Lakin meydan sahibləri matçın sonlarına yaxın qələbə topunu vuraraq 3 xlaı qazanan tərəf olub.

Qeyd edək ki, Dias 2014-2015-ci ildə “Qarabağ”ın formasını geyinib. Qurban Qurbanovun laızm bilmədiyi hücumçu yayda komandadna ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43