Kateqoriyasız

“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.

İdmanxeber.az-ın məlumatına görə, Çinin “Xançjou Qrintaun” klubunda çıxış edən cənubi afrikalı hücumçu sözqgedən ölkədə koronavirus yayılmağa başlayanda ölkəsinə qayıdıb. Çinə geri dönən futbolçu karantinə alındığını deyib:

“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq Çində koronavirusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komanda ilə məşqə başlayacağam”.

Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

Oxşar xəbərlər

AFFA-dan “Arsenal”ın Mxitaryan qərarı ilə bağlı bəyanat

admin

Yap Stam derbidən sonra istefa verdi

admin

APOEL “Qarabağ”la oyun üçün Bakıya azarkeş gətirir

admin