Dünya futbolu

“Qarabağ”ın sabiq futbolçusu millimizin rəqibini məyus etdi

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Norveç yığması bu gün yoxlama oyunu keçirib.

Idmanxeber.com-un məlumatına görə, Norveç millisi İsveçlə üz-üzə gəlib. Osloda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Komandası məğlub durumda olduğu zaman meydana daxil olan “Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros 13 dəqiqə sonra  fərqlənib. Larrsonun ötürməsini qola çevirən 27 yaşlı hücumçu komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, Armenteros 2015-2016 mövsümündə formasını geydiyi Ağdam klubunda keçirdiyi 23 oyunda 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43