Ölkə futbolu

“Qarabağ”ın sabiq futbolçusu türk klubunu çalışdıracaq

“Qarabağ” klubunun sabiq futbolçusu Mustafa Engin baş məşqçi karyerasına start verib. Türkiyəli çalışdırıcı vətənində “Bilecikspor” klubunu çalışdıracaq. Bu komanda regional liqasında mübarizə aparır.

Qeyd edək ki, Mustafa 2005-ci ildə Azərbaycanda çıxış edib. 2004/05 mövsümündə 9, 2005/06 mövsümündə isə 8 matça çıxan legioner çempionatımızda ümumilikdə 17 görüş keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43