Dünyadan

“Qarabağ”ın sabiq futbolçusu Türkiyə klubundan qovuldu

Türkiyə I Liqasında mübarizə aparan “Göztəpə” klubu “Qarabağ”ın sabiq futbolçusu Leroy Corcla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, hollandiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Artıq futbolçunun yeni komandasının adı da müəyyənləşib. Belə ki, Leroy karyerasını digər I liqa təmsilçisi “Adana Dəmirspor”da davam etdirəcək.  

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsümün əvvəlində “Qarabağ”dan “Göztəpə”yə transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43