Dünya futbolu

“Qarabağ”ın sabiq oyunçusu “Qalatasaray”a keçir

Şehiç karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Türkiyə Superliqasında çıxış edən “Erzurumspor”un qapısını qoruyan  “Qarabağ”ın sabiq qolkiperi İbrahim Şehiç “Qalatasaray”a transfer oluna bilər. Türkiyə mətbuatının yaydığı xəbərə görə, İstanbul təmsilçisi Musleranın əvəzləyicisi olaraq bosniyalı qapıçını heyətini cəlb etmək istəyir. Hazırki klubunda maaş problemi yaşayan İbrahim Şehiçin bu təklifə müsbət cavab verəcəyi bildirilir.

Qeyd edək ki, İbrahim Şehiç 2013/18-ci illərdə “Qarabağ”da çıxış edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43