Kateqoriyasız

“Qarabağ”ın sabiq üzvü Danimarka klubunda

“Qarabağ”ın sabiq futbolçusu Ailton Silva karyerasını Danimarkada davam etdirəcək.

Braziliyalı müdafiəçi “Midtyulland” klubu ilə anlaşıb.Ailton mövsümün sonuna qədər icarə əsasında “Midtyulland”da çıxış edəcək.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 26 yaşlı futbolçu 2019/20 mövsümünü “Qarabağ”da keçirib. Ailton “köhlən atlar”da 15 oyuna çıxıb. Müdafiəçi 2015/16 mövsümündə də “Neftçi”nin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43