Kateqoriyasız

“Qarabağ”ın sabiq üzvü “Everton”da

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Təcrübəli “əlcək sahibi” “Everton”a transfer olub. 34 yaşlı qolkiper ilə 1+1 illik müqavilə imzalanıb.

Son klubu “Bornmut” olan Beqoviç daha əvvəl “Stok Siti”, “Çelsi”, “Milan” kimi klublarda oynayıb.

Asmir Beqoviç 2019-2020-ci il mövsümünün ilk yarısını “Qarabağ”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43