Ölkə futbolu

“Qarabağ”ın sifarişi 26 nəfərlik oldu

“Qarabağ” Avropa Liqasında İsveç “Qöteborq”u ilə  oyunlar sifariş ərizəsinə UEFA-ya göndərib.

İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıda 26 futbolçu yer alıb.

Bununla belə, əgər klub bügunlərdə hansısa transfer gerçəkləşdirsə, bu halda onun adını ilk oyuna bir gün qalmışa qədər sifariş edə bilər.

Ümumilikdə, hazırda “Qarabağ”ın pley-off üçün sifariş etdiyi futbolçular aşağıda adları qeyd olunanlardır:

Qapıçılar: Şahruddin Maqomedəliyev, İbrahim Şehiç, Halit Oğuzxan

Müdafiəçilər: Maksim Medvedyev, Rəşad Sadıqov, İlqar Qurbanov, Arif Daşdəmirov, Ansi Aqolli, Elvin Yunuszadə, Eltun Turabov, Bədavi Hüseynov

Yarımmüdafiəçilər: Qara Qarayev, Miçel, Muarem Muarem, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Salman Cəfərov, Alharbi El Jadeyaoui, Cavid Tağıyev, Coşqun Diniyev, Dani Quintana

Hücumçular: Reynaldo, Namiq Ələsgərov, Vüqar Nadirov, Mahir Mədətov

Xatırladaq ki, “Qarabağ”la “Qöteborq” arasında pley-offun ilk oyunu avqustun 18-də İsveçdə, cavab matçı avqustun 25-i Bakıda olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43