Ölkə futbolu

“Qarabağ”ın sosial şəbəkə paylaşımı rekord qırdı

Ağdam təmsilçisinin sosial şəbəkədəki paylaşımına yarımmilyondan çox  baxış gəlib

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən  “Atletiko” – “Yuventus” matçı ilə bağlı etdiyi paylaşım rekord qırıb. Belə ki, Ağdam təmsilçisi italiyalıların “Atletiko”ya 2:0 məğlub olmasına göndərmə edərək, rəsmi  “İnstagram” hesabından Miçelin Madrid təmsilçisinə vurduğu qolu xatırladıb. Qısa vaxtda böyük rəğbət qazanan videoya 530 mindən çox baxış gəlib.

Qeyd edək ki, bu, klublarımızn sosial şəbəkədəki paylaşımları içərisində ən çox baxış toplayan paylaşım olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43