25 Fevral 2021
Ölkə futbolu Premyer Liqa

“Qarabağ”ın “Sumqayıt”la 34-cü dueli

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Bu mövsüm komandalar çempionatda iki dəfə üz-üzə gəliblər.

Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Ağdam klubu “Azersun Arena”da rəqibini qəbul etdiyi görüşdə isə 6:1 hesablı qələbə qazanıb.

Bu qarşılaşma komandaların çempionatda 34-cü oyunu olacaq. Əvvəlki oyunların 24-də Ağdam klubu, 5-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top-fərqində də “Qarabağ” böyük fərqlə öndədir – 73-17.

Qeyd edək ki, fevralın 19-da “Sumqayıt Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Yenə inanmadılar: “Neftçi” Serbiyada “Qarabağ” Bakıda şanssızdı

admin

Meksika Futbol Assosiasiyası AFFA-ya məktub göndərdi

admin

“Qəbələ” – “Zirə”: start heyətlər

admin