Kateqoriyasız

“Qarabağ”ın təxirə salınmış oyununun vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış oyunun keçiriləcəyi vaxt və stadionu müəyyənləşib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçı mayın 12-də keçiriləcək.

“Azersun Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43