Kateqoriyasız

“Qarabağ”ın təzyiqi nəticə verdi: UEFA Norveç hökumətinə müraciət etdi

UEFA “Molde”nin Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi matç ətrafında yaranmış situasiya ilə əlaqədar Norveç hökumətinə müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun baş meneceri Asif Əsgərov deyib.

O, qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmarından  və “Qarabağ”ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.

Qeyd edək ki, “Mölde” Bakıda keçirilməli olan “Qarabağ”la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra karantində qalacağı göstərilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43