Ölkə futbolu

“Qarabağ”ın tarixində yeni rekord

Ağdamın “Qarabağ” klubu tarixinin yeni rekordunu müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, əyalət komandası evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun yetirmələri buna Premyer Liqanın 17-ci turunun “Zirə”ylə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatıdırıb.

Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzmuşdu. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da, “Qarabağ” klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-93-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43