20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın transfer edəcəyi gözlənilən futbolçu “Turan Tovuz”da

“Turan Tovuz” heyətinə daha bir oyunçi cəlb edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc müdafiəçi İbrahim Ramazanovla illik müqavilə imzalnıb.

19 yaşlı futbolçunun son klubu “Qəbələ” olub.

Onun bir müddət əvvəl “Qarabağ”ın transfer siyahısında yer aldığı və müqavilə imzalanacağı gözlənilirdi.

Qeyd edək ki, “Turan Tovuz” bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva, Veysəl Rzayev, Rüfət Əhmədov və Araş Qadirini də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43