Ölkə futbolu

“Qarabağ”ın transfer etmək istədiyi futbolçu: “Bu ayın axırına kimi gözləyəcəm”

“Qarabağ” mənimlə maraqlanır. Ancaq mənim “Simurq”la müqaviləm var. Ona görə də hələ heç nə məlum deyil”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Simurq”un futbolçusu Vüqar Mustafayev deyib.

Zaqatala klubunun dayaq yarımmüdafiəçisi “Qarabağ”a mümkün keçidi ilə bağlı danışarkən ilk növbədə “Simurq”dan transfer vərəqəsini almalı olduğunu bildirib:

“Simurq”la iki illik müqaviləm var. Bu ayın axırına kimi gözləyəcəm. Görək nə olur. Ondan sonra vəziyyətə uyğun hərəkət edəcəm. Əgər vəziyyət düzəlməsə və klub məni buraxmasa rəhbərliklə danışacam. Çünki “Qarabağ”dan mənə deyiblər ki, komandaya gəlməyə razısansa, sənədlərini götür, gəl”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43