07 Avqust 2020
Kateqoriyasız

“Qarabağ”ın uğurlarının heç biri təsadüfi deyil” – Matiç

“Qarabağ”ın yeni transferi Uroş Matiç açıqlama verib.

Klubun mətbuat xidmətinə danışan 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”a gəldiyi üçün xoşbəxt olduğunu bildirib:

“Təbii ki, “Qarabağ” haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim “Qarabağ”ı seçməyimdə əsas rol oynadı. Artıq “Qarabağ”ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Samir Abasov: “Pərdis bizim planlarımıza daxil deyil”

admin

“Sabah”ın futbolçusu 50-yə çatdı

admin

“Qarabağ”ın APOEL-ə verdiyi söz

admin