Ölkə futbolu

“Qarabağ”ın vitse-prezidenti: “Hakimin bu səhvində siyasi məqamlar da ola bilər”

"Dünən oturduğum yerdən həmin epizodu tam görmədiyim üçün sizə dmeişdim ki, sabah baxıb deyəcəm. Həmin epizodda qayda pozuntusu yox idi. Biz dekabrın 15-də Niona, püşkatmaya getməliydik. Ancaq təəssüf ki, hakimin o qərarı bizi qrupda saxladı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahoir Gözəl deyib.

Ağdam klubunun rəsmisi UEFA-ya şikayət edəcəklərini bildirib:

"Biz buna görə, UEFA-ya şikayətimizi edəcəyik. Əminik ki, onlar da bizim bu etirazımızı qəbul edəcəklər. Bu nəticəyə təsir etməsə də, biz haqqımızıgeri qaytarmaq istəyirik. Mən istməmirəm ki, komandam "sınsın". Biz yolumuza davam edəcəyik. Bu uğurumuzun davamını gətirməyə çalışacağıq. İnanıram ki, UEFA bundna sonrakı oyunlara bizə daha təcrübəli hakimlər yollayacaq. Dünənki oyun "Qarabağ"ın 1-0 hesablı qələbəsi ilə başa çatdı".

Gözəl daha sonra sözlərinə belə davam edib:

"Bu günlərə gəlib çıxamaq üçün çox əziyyət çəkmişik. Azərbaycan çempionu olub bu yerlərə gəlib çıxmışıq. Bir hakimin ucbatından əziyyətimiz heç oldu. Tək istəyimiz odur ki, bu hal bir daha təkrarlanmasın. 

Klub rəsmisi hakimin bu qərarında siyasi amillərin də ola biləcəyini istisna etməyib:

"Fikrimcə, hakimin qərarında siyasi məqamlar da ola bilər. Çünki bu açıq səhv qərar idi".
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43