Kateqoriyasız

“Qarabağ”ın oyunu təxirə salındı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”  Peşəkar Futbol Liqasına müraciət edib.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”  III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində dəyişiklik edib. 

Topaz Premyer Liqasının I  turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixindən, 26 sentyabr  tarixinə keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43