Müsahibə

“Qarabağ”ın yeni transferi: “Dənizin dibinə düşsəm, balıqlarla dil tapa bilərəm”

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia” klubunu 5:0 hesabı ilə məğlub edib.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra Ağdam klubunun yeni transferi Donald Gerryer jurnalistlərə müsahibə verib.
İlk oyunda qol vurdun. Özünü təbrik edə bilərsən, yoxsa oyununda çatışmayan cəhətlər var idi?
Özümü təbrik edə bilmərəm. Biz bir komandayıq, kollektivi təbrik edirəm. Oyunda belə hesab  qeydə alınsa da arxayınlaşmırıq. Cavab oyununa da ciddi hazırlaşacağıq.
Debüt matçın idi. Atmosfer, azarkeşlər və ilk oyunun haqda düşncələrin necədir?
“Visla” və “Alanyaspor”da da oynayanda belə atmosfer altında çıxış edirdik. Oyuna bu qədər azarkeşlər gəlirdi. Onlara təşəkkür edirik. Onlarsız futbol oynaya bilmərik. Növbəti oyunlarda da bizi dəstəkləsinlər.
İlk oyununda qol vuracağına inanırdın?
“Visla” və “Alanyaspor”da da ilk oyunumda qol vurmuşdum. Mən hələ tam hazır deyiləm. Öz üzərimdə çox işləməliyəm. Düşünürəm ki, ardı gələcək.
“Qarabağ”a keçidin necə alındı?
Agentim mənə “Qarabağ” səni transfer etmək istəyir” deyəndə şad oldum. Dərhal “Qarabağ”la maraqlandım. Oyun tərzlərinə baxdım. Dedim ki, bu komanda mənim üçün mükəmməldir. Topla oynamağı mən də sevirəm. Məşqlərdə də topla çalışmalara üstünlük veririk.
Bura gəlməyində “Zirə”də çıxış edən milli komanda yoldaşın Kervan Belforun rolu oldu?
Fərqi yoxdur, Kervan Belfor burda olsaydı da, olmasaydı da seçimi dəyərləndirəcəkdim. Dənizin dibinə düşsəm, balıqlarla dil tapa bilərəm. Mənim beynimdə ancaq futbol oynamaqdır. 
“Qarabağ”ın hədəfi ÇL-nin qrupudur. Bunu bacarmaq olar?
Əlbəttə, mümkündür. Heyətdə səviyyəli oyunçular Hədəfə çatmaq  üçün əziyyət çəkməlisən. Bununla yanaşı, keyfiyyətli oyunçu və məşqçi ilə bacarmaq olar. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43