08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın yeni transferi: “Doğru ünvana gəldiyim qənaətindəyəm”

Az öncə xəbər verdiyimiz kimi “Qarabağ” “Lans”da forma geyinən Alharbi El Jadeyaouini heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi təəssürtalarını klubun rəsmi saytına bölüşüb:

“Bilirəm ki, “Qarabağ” olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada “Qarabağ”ın “Sent –Etyen” və “İnter”lə oyunlarını izləmişəm.  Yeni komandam baxımlı futbol oynayır. Daim  hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir.  İlk məqsədim komandaya tez adaptasiya olub  meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı.  Bunun üçün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, “Qarabağ” uğur qazanmaq üçün gəlmişəm.`


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43