Ölkə futbolu

“Qarabağ”ın yeni transferi fan şopdan ilk məhsulu aldı

Bir müddətdir çalışmaları davam edən “Qarabağ” klubunun fan şopu artıq hazırdır.

İdmanxeber.com-un məlumatına görə, bu gün müəyyən işlər tamamlandıqdan sonra satışlar başlayıb. Komandanın yeni transferi olan Yakub Jejniçak artıq fan-şopdan ilk məhsulu alıb. Polşalı futbolçu sabah baş tutacaq əsmi açılışda da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, rəsmi açılış sabah saat 14:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43