Kateqoriyasız

“Qarabağ”ın yeni transferi “od püskürdü”: “Onlar qal dedi, mən düşərgəni tərk etdim”

“Qarabağ”ın yeni transferi Ovusu Kvabena sabiq klubu “Kordoba”nın baş məşqçi Raul Aqneni ittiham edib.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Sequnda təmsilçisindən ayrılmağında Aqnenin günahı olduğunu deyib:”Mən elə bir baş məşqçi tanımıram ki, ona hər şeyini verən oyunçu barədə belə fikirlər səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. “Rekreativo” ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi”.

Forvard klubun idman direktoru Alfonso Serrano barədə də sərt fikirlər bildirib: “”Qarabağ” “Leqanes”lə razılığa gəldikdən sonra mənimlə əlaqə saxladılar. Ancaq həmin vaxt Serrano mənə fikirlərini dəyişdiklərini bildirdi. Söylədi ki, Aqne yeni oyunçu alınana qədər səni buraxmaq istəmir. Halbuki “Kordoba” rəhbərliyi həm “Leqanes”, həm də “Qarabağ”a transferlə bağlı razılıq vermişdi.

Ancaq mən idman direktorunun “yox” deməsinə baxmayaraq, bazar günü düşərgəni tərk etdim. Çünki mənimlə danışmayan məşqçi ilə işləmək ağır idi. “Kordoba”ya ödəməli olduğum 8 min avronu “Qarabağ” verdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43