Dünya futbolu

“Qarabağ”ın yeni transferi Zəhranın vəfatına biganə qalmadı – FOTO

"Qarabağ"ın yeni transferi Vilde-Donald Gerye cəbhədə baş verən son hadisələrə biganə qalmayıb.

O, dünən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin ölümünə aid paylaşım edib.

Ağdam klubunun yeni trasnferi “İnstagram” hesabından baş vermiş hadisə ilə bağlı #Stopkilling #stoptcrime #stopterrorism haştagı ilə ingilis dilində mətn paylaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43