16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın zədəliləri Benzia və Cicanın son durumu açıqlandı

Azərbaycan Premyer Liqası 20-ci turu çərçivəsində keçiriləcən “Qarabağ” – “Kəpəz” görüşündə zədələnən Yassin Benzia və Redon Cicanın son durumu bəlli olub.

Bu barədə İdmanxeber.az saytına Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisi bildirib ki, Benizanın vəziyyəti nisbətən ciddidir:

“Futbolçu başından zədə aldığı üçün həm tikiş qoyulub, həm də şişmə var. Hazırda da istirahət edir. Bu səbəbdən sabahkı oyunu buraxacaq. Benizanın çempionatın növbəti turunda “Səbail”ə qarşı oyunda çıxış edib-etməyəcəyi isə hələlik bəlli deyil.

“Kəpəz”lə görüşdə zədələnən digər oyunçumuz – Redon Cicanın durumu isə o qədər də ciddi deyil. Hücumçunun qarşıdakı oyunlarda çıxış etmək ehtimalı yüksəkdir. Bugün keçiriləcək məşqdən sonra daha dəqiq bilinəcək”.

Xatırladaq ki, “Qarabağ” sabah Azərbayan Kuboku 1/4 final mərhələsi çərçivəsində “Sabah”la qarşılaşacaq. Ağdam təmsilçisi fevralın 3-də, APL-in növbəti turunda “Səbail”lə üz-üzə gələcək. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43