Kateqoriyasız

“Qarabağ”la APOEL-in şansları bərabərdir” – Dino Ndlovu

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Ağdam klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə oyunlar öncəsi Kipr mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, bir zamanlar Kiprin “Anortosis” klubunda oynayan 29 yaşlı hücumçu hər iki komandanın şanslarının bərabər olduğunu deyib:

“Qarabağ”ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım olmasa da,mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu, böyük maraqla gözlənilən iki vacib oyun olacaq. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir”.

Qeyd edək ki, Ndlovu 2016-2017-ci illərdə Ağdam klubunda oynayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda 19-cu turun rəmzi komandası açıqlandı

admin

“Bu 60 dəqiqə məni xəstəxanalıq etdi”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin