Dünya futbolu

“Qarabağ”la cavab oyunu fəlakət idi” – “Lex”in baş məşqçsi

“Lex” klubunun baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı mütəxəssis evdəki qələbədən sonra böyük hesabla uduzmağın yaxşı olmadığını bildirib:

“Qarabağ”la cavab oyununun nəticəsi fəlakət idi. Komanda sanki dağıldı, kompakt oynaya bilmədik. Bu görüşdən çox şey öyrəndik. Onların böyük avrokubok təcrübəsi və çoxlu sayda keyfiyyətli oyunçuları var”.

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”i ilə qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43