06 Dekabr 2020
Kateqoriyasız

“Qarabağ”la həm Türkiyə, həm də özümüz üçün oynayacağıq” – Çalımbay

“Qarabağ”ın Avropa Liqasının qrrup mərhələsindəki rəqibi “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Ağdam təmsilçisi ilə keçirəcəkləri oyun haqqında danışıb.

57 yaşlı mütəxəssis Türkiyə Super Liqasının IX turunda səfərdə “Fatih Karagümrük”lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:

“Qarşıda avrokubok oyunumuz var. Artıq bugünkü qarşılaşmanı unudub həmin görüşü düşünməliyik. “Qarabağ”la həm Türkiyə, həm də özümüz üçün oynayacağıq. Xal və ya xallar qazanıb ölkəmizi müəyyən yerlərə yüksəltməyə çalışırıq. Təəssüf ki, Türkiyədəki bəzi insanlar isə bizim əhvalımızı korlamaq üçün əllərindən gələni edirlər”.

Noyabrın 26-da Azərbaycandakı hərbi vəziyyət səbəbindən “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Şerif” Ağabala Ramazanovu transfer etmək istəyir

admin

“Sumqayıt”ın müdafiəçisi hücumçulardan çox qol vurub – STATİSTİKA

admin

Yığmamız oyuna hazırdı (VİDEO)

admin