Kateqoriyasız

“Qarabağ”la “Marsel” arasındakı oyunların başlama saatı açıqlandı

UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq “Marsel” – “Qarabağ”  arasındakı oyunların başlama vaxtı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 21:45-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43