Premyer Liqa

“Qarabağ”la matçöncəsi “İnter”də ciddi itki

Azərbaycan Premyer Liqasının 20-ci turunda “İnter” “Qarabağ”ın qonağı olacaq.

Klubdan idmanxeber.com-a verilən məlumata görə, “bankirlər” bu görüşdə Slavik Alxasovun köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun “Zirə” ilə matçda (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı fevralın 28-də keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43