Premyer Liqa

“Qarabağ”la matçöncəsi “Sumqayıt”da ciddi itki

Sabah Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sumqayıt” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.com-un klubdan aldığı məlumata görə, komanda “Qarabağ” önünə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın təcrübəli müdafiəçisi Rail Məlikov sözügedən matçda iştirak etməyəcək. 32 yaşlı futbolçu komandanın bugünkü məşqində iştirak etməyib.

Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43