Kateqoriyasız

“Qarabağ”la oynayacaq APOEL kömək istəyir: “Xahiş edirik ki…”

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qonaq edəcək APOEL azarkeşlərinə səslənib.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya təmsilçisi həlledici görüşdə dəstəyə ehtiyac duyduqlarını bəyan ediblər.

Bildirilir ki, rəhbərlik tribunaların ağzına qədər dolması üçün hər cür şərait yaradır, həmçinin məşqçi və futbolçu heyəti azarkeşləri məmnun yola salmaq üçün əlindən gələni edəcək.

APOEL tərəfi “GSP Arena”nı doldurmaq üçün “Qarabağ” azarkeşlərinin Tofiq Bəhrəmov adına Respublika stadionunu necə doldurmasını da nümunə gətirib.

Çempionlar Liqasının pley-offunda “Qarabağ”la matçı cəmi 9481 azarkeş izləmişdi. Ancaq azərbaycanlılar APOEL-lə bu mövsüm hər iki ev oyununda 30 min azarkeşin dəstəyi ilə çıxış etdilər. Görəsən, indi “GSP Arena”ya neçə nəfər gələcək? Bu böyük oyunda komandanın azarkeş köməyinə ehtiyacı var.

Rəhbərlik böyük Avropa gecələrini xatırladan “GSP Arena”nı yenidən dirçəltmək üçün azarkeşlərin bu möhtəşəm matçda iştirak etmələrini xahiş edir”.

APOEL – “Qarabağ” qarşılaşması noyabrın 7-də baş tutacaq. Oyunun keçiriləcəyi stadion 23 min azarkeş tutumuna malikdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43