Kateqoriyasız

“Qarabağ”la oyun bizim üçün son şansdır”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL-in futbolçusu Uroş Matiç oyun haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı yarımmüdafiəçi azarkeşlərindən dəstək istəyib:

“Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır, ən vacib oyunumuzdur. Matça çox yaxşı hazırlaşmışıq.

Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcək və yeni ildən sonra da avrokuboklarda oynamaq arzumuzun həyata keçməsində kömək edəcəklər. Əlbəttə, azarkeşlərimiz bizə lazımdır. Onları aramızda hiss edəndə daha yaxşı oynayırıq. APOEL güclü komandadır və yaxşı azarkeşləri var. Ümid edirəm ki, bunu dördüncü gün görəcəyik”.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43