18 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”la oyun futbolçuların günahlarını yumaları üçün əla şansdır”

“Kalyari” ilə oyundakı hesaba görə təəssüflənirəm. Ancaq futbolda bəzən belə səhvlər olur. Artıq bunu faciəyə çevirməyərək vəziyyətdən çıxış yolu tapmaq lazımdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter” klubunun sabiq futbolçusu İvan Kordoba komandanın İtaliya A Seriyasının son turunda “Kalyari”yə böyükhesablı məğlubiyyətinə münasibət bildirərkən deyib.

Kolumbiyalı sabiq klubunun “Qarabağ”la oyunda geri dönüş etməli olduqlarını bildirib:

“İnter”in Avropa Liqasında oynaya biləcək futbolçuları var. “Qarabağ”la oyun futbolçuların günahlarını yumaları üçün əla şansdır”.

Qeyd edək ki, İtaliya A Seriyasının 5-ci turunda evdə “Kalyari”yə 1:4 hesabı ilə uduzan “İnter” oktyabrın 2-də, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43