08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”la oyun öncəsi aparıcı üzvünü itirdilər

“Kəpəz” Azərbaycan Premyer Liqası 20-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” görüşünə ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “sarı”göylər”in aparıcı üzvü Georgi Papunaşvili cəza səbəbindən Ağdam təmsilçisinə qarşı meydanda ola bilməyəcək. O, “Turan Tovuz”la matçda sarı vərəqə görərək cəza limitini doldurub.

“Kəpəz” – “Qarabağ” matçı yanvarın 27-də, saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43