Kateqoriyasız Ölkə futbolu

“Qarabağ”la oyun öncəsi itkilər – ikisi də legioner

Premyer Liqanın XIII turunda səfərdə “Qarabağö”la qarşılaşacaq “Sabah” bu matça iki itki ilə çıxacaq,

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun İdmanxeber.az-a verdiyi məlumata görə, komandanın heyətində Xulio Rodriges zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacaq. Bundan başqa komandanın koronavirusa yoluxan gürcüstanlı futbolçusu Mixeil Erqemlidze də matçı evdən izləməli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sabah” matçı dekabrın 4-də, saat 18:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43