08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi 4 futbolçudan məhrum çalışdılar

“Qəbələ”-“Sumqayıt” (2:0) matçının ardından 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” oktyabrın 28-dən etibarən XII tur çərçivəsində baş tutacaq “Qarabağ”-“Qəbələ” matçının hazırlıqlarını davam etdirir.

Yuri Syominin başçılığı ilə reallaşan təlim-məşq prosesində zədəsi olan Rail Məlikov, Omar Kalabane, Abdulvahid Afolabi və Tərzin Cahangirov iştirak etməyib. “Qəbələ” doğma məkandakı hazırlıqlarını bu gün baş tutacaq son məşqlə yekunlaşdırılacaq. Sabah səhər saatlarında isə komanda paytaxta yollanacaq. Matçöncəsi son məşq günün ikinci yarısında qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov stadionunda keçiriləcək.

Xatırladaq ki, “Qarabağ”-“Qəbələ” matçı noyabrın 3-də saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43