Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi “Simurq” üçün bəd xəbər

Premyer Liqanın 13-cü turu çərçivəsində səfərdə “Qəbələ”yə qalib gələn “Simurq” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, əaylət komandasının futbolçusu İlkin Qırtımov “Qəbələ” ilə oyunda aldığı sarı karta görə cəzalı duruma düşüb.

“Simurq”un kapitanı XIV turda “Qarabağ”la keçirəcəkləri oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu noyabrın 29-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43