Kateqoriyasız

“Qarabağ”la oyunda 3 xal qazanmaq istəyirik” – Çalımbay

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay açıqlama verib.

O, Ağdam klubu ilə görüşdə 3 xal qazanmaq istədiklərini söyləyib:

“Həm “Vilyarreal”, həm də “Makkabi” ilə oyun bizim üçün çox şanssız oldu. Son matçda ilk qolu biz vurduq və qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Hakim sanki azlıqda oynamağımız üçün çalışırdı.

Zədəli futbolcularımız olduğu üçün oyunu dəyişməyə çətinlik çəkirik. Amma önümüzə baxmalıyıq. Qarşıda hələ oyunlar var. “Makkabi”ni İsraildə məğlub edəcəyimizi düşünürəm. “Qarabağ”a qalib gələrək üç xal qazanmaq istəyirik”.

Noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43